Bank Of Baku

Ermənistanda un və çörək-bulka məmulatları bahalaşır

Ermənistanda un və çörək-bulka məmulatları bahalaşır
# 07 sentyabr 2012 13:43 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Ermənistanda çörək-bulka məmulatları bahalaşmaqda davam edir.

APA-Economics”in “Novosti Armeniya”ya istinadən xəbərinə görə, bu barədə Ermənistan Milli Statistika Xidmətinin qiymət statistikası və beynəlxalq müqayisələr bölməsinin rəisi Qurgen Martirosyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, cari ilin iyul ayı ilə müqayisədə avqustda 1,3% artıb: “Çörək-bulka məmulatlarının bahalaşması yüksək keyfiyyətli unun qiymətinin artması ilə əlaqədardır. Bu ilin yanvar-avqust aylarında qiymətlər 0,2-3,6% artıb, 8 ay ərzində bu bazarda inflyasiya 15,3% təşkil edib. Birinci növ unun qiymətində isə 7,8% inflyasiya qeydə alınıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR