Bank Of Baku

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
# 18 sentyabr 2012 14:45 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, komitə sədri Eldar İbrahimov 2012-ci il yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə iştirakçılara məlumat verib.

Bildirilib ki, ötən dövrdə komitənin 3 iclası keçirilib və 17 məsələyə baxılıb. Keçən sessiyada vətəndaşlardan komitəyə 76 məktub daxil olub, komitə sədri tərəfindən 47 nəfər qəbul edilib.

E.İbrahimov payız sessiyası ərzində komitənin işlər planı haqqında danışıb. O, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin qəbulunun vacibliyini vurğulayıb, digər qanunlara dəyişikliklərin edilməsinin nəzərdə tutulduğunu söyləyib.

Sonra komitə sədri “Heyvanlar aləmi haqqında” qanunda dəyişikliklər edilməsi barədə məlumat verib. Məlum olub ki, bu sənədə edilən düzəlişlərin bəziləri bir sıra müddəaları “Ovçuluq haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Bundan başqa, vəhşi heyvanların qeyri-sərbəst şəkildə saxlanılmasının qarşısını almaq məqsədilə 24-cü maddəyə yeni bəndin əlavə edildiyi qeyd olunub.

Müzakirə olunan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR