Bank Of Baku

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Özbəkistan ofisinin nümayəndə heyəti Bakıdadır

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Özbəkistan ofisinin nümayəndə heyəti Bakıdadır
# 19 sentyabr 2012 15:25 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Kənd Təsərrüfatı Nazirliyində nazir müavini İlham Quliyev Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Özbəkistan ofisinin nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, görüşdə Azərbaycan hökuməti ilə Yaponiya hökuməti arasında 2KR proqramı çərçivəsində həyata keçirilən layihələrin verdiyi səmərələr və qarşıda duran perspektivlər müzakirə olunub.

Nazir müavini Azərbaycanda aqrar sahəyə göstərdiyi dəstəyə görə Yaponiya hökumətinə və yapon xalqına öz təşəkkürünü bildirib, layihələrdən ölkəmizdə kənd əməkçilərinin artıq faydalandığını nəzərə çatdırıb. O, 2KR proqramı çərçivəsində respublikamızda görülən işlər barədə missiya iştirakçılarına geniş məlumat verib, gələcəkdə yeni layihələrin həyata keçirilməsi üçün öz təkliflərini nəzərə çatdırıb.

Missiyanın rəhbəri cənab Yukihiko Ejiri iki ölkə arasında həm iqtisadi, həm də aqrar sahədə bundan sonrada əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR