Bank Of Baku

Gəncədə beynəlxalq şərab festivalı keçiriləcək

Gəncədə beynəlxalq şərab festivalı keçiriləcək
# 05 oktyabr 2012 11:58 (UTC +04:00)
Bakı – APA-Economics. Oktyabrın 6-7-də İqtisadi İnkişaf Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə Beynəlxalq Şərab Festivalı keçiriləcək.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən xəbərə görə, festivalda rəsmi şəxslərlə yanaşı, yerli və xarici şərab istehsalçılarının iştirakı nəzərdə tutulur.

Fransanın dövlət rəsmiləri, aparıcı üzümçülük əyalətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Festivalda fəxri qonaq qismində iştirak edəcək. Tədbir çərçivəsində “Üzümçülük və şərabçılığın inkişafı perspektivləri: qabaqcıl təcrübə və texnologiyalardan istifadə imkanları” mövzusunda beynəlxalq elmi-praktik konfrans, yerli və xarici şərab istehsalçıları arasında işgüzar görüş təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR