Azərbaycanın kənd təsərrüfatı naziri Fransa nümayəndə heyətini qəbul edib - FOTO
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşün məqsədi şərabçılıq bölgəsi olan Burqundiya ilə Azərbaycan arasında üzümçülük və şərabçılıq sahəsində əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında aqrar sahədə əməkdaşlığın müzakirəsi olub.
İ.Abasov aqrar sahədə əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verərək bildirib ki, tərəflər arasında “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Fransa Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Balıqçılıq Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb, Protokolun müddəalarına uyğun olaraq tərəflərin müvafiq dövlət baytarlıq orqanları arasında quş ətinin idxal-ixracı üçün baytarlıq sertifikatının nümunəsi razılaşdırılıb.
Quba Regional Aqrar Elm Mərkəzi “Frazer” layihəsi çərçivəsində Fransanın Luare Kənd Təsərrüfatı Palatası ilə virussuz ting istehsalı sahəsində əməkdaşlıq edərək Azərbaycana 4 virusdan azad calaqaltı forması, 12 yeni alma, 3 armud, 7 gilas, 5 buğda, 3 arpa və 1 texniki bitki kozla (raps) sortları introduksiya olunub. Son illərdə Quba-Xaçmaz bölgəsində qərb texnologiyası ilə 500 hektara yaxın intensiv tipli meyvə bağları salınıb.
İ.Abasov Fransa iş adamlarını Azərbaycana dəvət edib və onlar üçün ölkəmizdə bütün münbit şəraitin olduğunu nəzərə çatdırıb. O, Azərbaycanla Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə bir sıra təkliflərini nəzərə çatdırıb. O, Fransa iş adamları tərəfindən baytarlıq preparatları istehsalı üzrə birgə müəssisələrin yaradılması mümkünlüyünün araşdırılması, digər heyvan mənşəli məhsulların idxal-ixracı məqsədilə baytarlıq sertifikatları nümunələrinin razılaşdırılması məsələsinə baxılması (hazırda yalnız quş əti üzrə razılaşma var), qida təhlükəsizliyi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, üzümçülük, şərabçılıq və konserv sənayesi üzrə təcrübə mübadiləsi və yeni texnologiyaların mənimsənilməsi, Quba-Xaçmaz bölgəsində həyata keçirilmiş layihənin uğurlu nəticələrini nəzərə alaraq, virussuz meyvə tingçiliyi sahəsində mövcud əlaqələrin genişləndirilməsi, üzümçülük və şərabçılıq sahəsində nou-haunun və elmi yeniliklərin Azərbaycanda tədris olunmasının genişləndirilməsi məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin Şərabçılıq fakültəsinin müəllim heyəti və tələbələr üçün Fransada təlimlərin təşkil edilməsi, bu universitetlə Fransanın müvafiq ali təhsil müəssisəsi arasında birbaşa əlaqələrin yaradılması, Azərbaycanın Beynəlxalq Üzüm və Şərab Təşkilatına üzv olmasından sonra ölkədə üzümçülük və şərabçılıq sektorunun beynəlxalq tələblərə uyğun təşkil edilməsi sahəsində Fransa ilə əməkdaşlığın genişləndirilməsi, üzümçülük və şərabçılıq sahəsində beynəlxalq standartların və Fransa təcrübəsinin Azərbaycanda elmi-tədqiqat sahəsində tətbiq edilməsi məqsədilə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu ilə Fransanın (yaxud da Burqundiya regionunun) müvafiq elmi-tədqiqat müəssisələri ilə təmasların yaradılması və birgə tədqiqat işlərinin aparılması, Fransada yetişdirilən yüksək məhsuldar üzüm tinglərinin Azərbaycana gətirilməsini təklif edib.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye iki ölkə arasında işçi qrupunun yaradılması və üç illik yol xəritəsinin hazırlanmasını məqsədəuyğun hesab etmiş və səfir olduğu dövrdə iki ölkə arasında aqrar sahədə ikitərəfli əlaqələrin daha da genişlənməsində əminliyini bildirib.
Aqrar-sənaye kompleksi
“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər - FOTO - VİDEO
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Xəbər Lenti
Tramp Heqsetin impiçmentinə qarşı çıxıb
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB