Azərbaycan Beynəlxalq Üzüm və Şərab Təşkilatına üzv olacaq - FOTO
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, görüşdə üzümçülük və şərabçılıq sahəsində təşkilatla əməkdaşlığın perspektivləri müzakirə edilib.
Nazir İsmət Abasov Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişaf istiqamətləri, perspektivləri barədə ətraflı məlumat verərək, həyata keçirilən tədbirlər nəticəsində üzümçülüyün yüksək templə inkişafına nail olunduğunu, emal müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirildiyini və güclü kadr potensialının yarandığını qonaqların nəzərinə çatdırıb.
İ.Abasov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanın Beynəlxalq Üzüm və Şərab Təşkilatına üzv olması məqsədilə hökumətə təklif verib, məsələyə dair aidiyyəti dövlət qurumları tərəfindən ümumilikdə müsbət münasibət bildirilib. Hazırda üzv olma istiqamətində daxili prosedurlar həyata keçirilir.
Qeyd edilib ki, Azərbaycanda istehsal olunan şərablar və digər spirtli içkilər Almaniyada təşkil olunan “Yaşıl Həftə”, cari ilin may ayında Fransanın Burqundiya regionunun Yon bölgəsində təşkil olunan “Oserin üzüm gülləri” şərab festivalında, Rusiyada, İtaliyada və digər ölkələrdə təşkil olunan sərgilərdə nümayiş etdirilir.
Nazir Azərbaycan və Beynəlxalq Üzüm və Şərab Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsinə bir sıra təkliflər səsləndirib. Bu təkliflərdə Azərbaycanın Beynəlxalq Üzüm və Şərab Təşkilatına üzv olmasından sonra ölkədə üzümçülük və şərabçılıq sektorunun beynəlxalq tələblərə uyğun təşkil edilməsi sahəsində təşkilatla əməkdaşlığın genişləndirilməsi, üzümçülük və şərabçılıq sahəsində beynəlxalq standartların və təcrübənin Azərbaycanda elmi-tədqiqat sahəsində tətbiq edilməsi məqsədilə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu ilə təşkilat arasında təmasların genişləndirilməsi və birgə tədqiqat işlərinin aparılması əksini tapıb. Eləcə də üzümçülük və şərabçılıq sahəsində nou-haunun və elmi yeniliklərin Azərbaycanda tədris olunmasının genişləndirilməsi məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin Şərabçılıq fakültəsinin müəllim heyəti və tələbələri üçün Beynəlxalq Üzüm və Şərab Təşkilatının mənzil-qərargahına səfərlərin təşkil edilməsi, Təşkilat vasitəsilə digər ölkələrdə stajkeçmə imkanlarının araşdırılması, xarici ölkələrin müvafiq ali təhsil müəssisəsi arasında birbaşa əlaqələrin yaradılması da təklif olunur.
Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş direktoru Federiko Kastelluççi Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafına elmi-metodoloji köməkliklərin, eyni zamanda üzüm sortlarının keyfiyyətinin artırılması istiqamətində lazımi köməkliklərin göstərilməsinin mümkünlüyünü bildirdi. Baş direktor bu təşkilatın Assambleyasının növbəti iclasının Azərbaycanda keçirilməsini təklif edərək, Azərbaycan nümayəndə heyətini həmin təşkilata dəvət edib.
Aqrar-sənaye kompleksi
“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər - FOTO - VİDEO
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Xəbər Lenti
Tramp Heqsetin impiçmentinə qarşı çıxıb
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB