Bank Of Baku

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
# 09 oktyabr 2012 13:16 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA-Economics. Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, komitə sədri Eldar İbrahimov bildirib ki, iclasın gündəliyinə cəmi bir məsələ daxil edilib.

Milli Məclis Aparatının əməkdaşı Şahmərdan Kərimov müzakirəyə təqdim olunan “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional komissiyaya dair Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsini şərh edib.

O bildirib ki, 1995-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Konfransında qəbul edilmiş bu sənəd balıqçılıq təsərrüfatlarının və akvakulturanın ölkələrin inkişafında rolunu, daxili su hövzələrində balıqçılığın səmərəliliyini, məşğulluğun və ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasını özündə ehtiva edir. Buna görə də 2009-cu ilin əvvəlində FAO-nun nəzdində belə bir komissiyanın yaradılması qərara alınıb. Qeyd edilib ki, regional komissiyanın məqsədi regionda su bioloji resurslarının inkişafına, mühafizəsinə, səmərəli idarə olunmasına, akvakulturanın davamlı inkişafına kömək etməkdir.

İclasda iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq İnstitutunun direktoru Mehman Axundov komissiyanın funksiya və öhdəlikləri barədə məlumat verib, balıqçılıq sahəsindəki mövcud vəziyyət barədə danışıb. Qeyd olunub ki, nazirliyin təşəbbüsü ilə hazırlanma ərəfəsində olan “Balıqçılıq haqqında” qanun layihəsi də qəbul edilərsə, balıqçılığın inkişaf strategiyası tam təyin ediləcək. Müzakirələrin sonunda sənəd parlamentin plenar iclasının müzakirəsinə tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR