Bank Of Baku

Azərbaycan kənd təsərrüfatı istehsalını 6% artırıb

Azərbaycan kənd təsərrüfatı istehsalını 6% artırıb
# 12 oktyabr 2012 14:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabrın 1-dək Azərbaycanda dənli bitkilər səpilmiş sahələrin 99,3%-nin məhsulu toplanıb və həmin sahələrdən qarğıdalı da daxil olmaqla 2 762,5 min ton məhsul götürülüb. Orta hesabla hər hektarın məhsuldarlığı 1,7 sentner artaraq 27 sentnerə çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə tarlalardan 948,1 min ton kartof, 1 136,9 min ton tərəvəz, 516,7 min ton meyvə və giləmeyvə, 424,5 min ton bostan məhsulları, 99,3 min ton üzüm, 23,2 min ton pambıq, 550,3 ton yaşıl çay yarpağı, 3,3 min ton tütün, 46,7 min ton şəkər çuğunduru, 19,4 min ton dən üçün günəbaxan toplanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli bitkilərin istehsalı 13,6%, pambıq 35,3%, üzüm 22,2%, çay 21,4%, tütün 15,8%, meyvə və giləmeyvə 10,3%, dən üçün günəbaxan 4,1%, kartof 2,7%, tərəvəz istehsalı 0,7% artıb, bostan məhsulları 10,5%, şəkər çuğunduru istehsalı isə 34,5% azalıb.

Hesabat dövründə iri buynuzlu mal-qaranın baş sayı 2 699,4 min başa, qoyun və keçilərin baş sayı isə 8 687,7 min başa çatıb, bu dövrdə 345 min ton diri çəkidə ət, 1,3 mln. ton süd, 906,4 mln. ədəd yumurta, 15,9 min ton yun istehsal olub. Ötən ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 3,4%, süd 5,7%, yumurta 19,3%, yun istehsalı 1,2% artıb. Beləliklə, əvvəlki illə müqayisədə bitkiçilik məhsulları istehsalı 7,2%, heyvandarlıq məhsulları 5,1%, kənd təsərrüfatının ümumi məhsulu 6,3% artıb.

Kənd əməkçiləri gələn ilin məhsulu üçün 529,9 min hektar sahənin torpağını şumlayıb, 39,1 min hektar sahədə dən üçün payızlıq bitkilər səpib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR