Bank Of Baku

Biləsuvar Rayon Baytarlıq İdarəsinin və Biləsuvar rayonlararası Karantin məntəqəsinin yeni binaları istifadəyə verilib

Biləsuvar Rayon Baytarlıq İdarəsinin və Biləsuvar rayonlararası Karantin məntəqəsinin yeni binaları istifadəyə verilib
# 13 oktyabr 2012 10:34 (UTC +04:00)
Bakı – APA-Economics. Kənd təsərrüfatı naziri İsmət Abasov taxıl səpininin gedişi ilə yerində tanışlıq və məhsul istehsalçılarına əməli köməkliyin göstərilməsi, habelə Biləsuvar Rayon Baytarlıq İdarəsinin və Biləsuvar rayonlararası Karantin məntəqəsinin binalarının açılışında iştirak etmək məqsədilə Salyan Ərazi Kənd Təsərrüfatı İdarəsinin əhatə etdiyi rayonlara səfər edib.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, Biləsuvar, Cəlilabad, Masallı və Yardımlıya xidmət göstərəcək Rayonlararası Karantin Məntəqəsi yeni binada fəaliyyət göstərəcək. İkimərtəbəli yeni bina 12 otaqdan ibarətdir və hər cür avadanlıqla təchiz edilib. Burada diaqnostik kabinet, epizootik, terapevtik və seroloji şöbələr fəaliyyət göstərəcək. Bitki xəstəlikləri və zərərvericiləri vaxtında aşkarlamaq və ona qarşı mübarizə aparmaq üçün məntəqənin yeni binasında fitosanitariya xidməti üçün müasir avadanlıq və cihazlar qoyulub. Açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev də iştirak edib.

Dövlətin aqrar sektora yönəlik siyasətindən söz açan nazir İsmət Abasov bu istiqamətdə reallaşdırılan layihələr, kənd təsərrüfatının maddi-texniki bazasını möhkəmləndirməklə bağlı görülən işlər barədə məlumat verib. O, kənd təsərrüfatı sahəsində layihələr, maddi-texniki bazanın möhkəmləndirilməsinə hədəflənən işlərlə bağlı danışıb.

Biləsuvar Baytarlıq İdarəsi də yeni inzibati binada fəaliyyət göstərəcək. Burada diaqnostik kabinet, epizootik, terapevtik və seroloji şöbələr fəaliyyət göstərəcək. Rayondakı 144 min davar, 40 min baş qaramal və 300 mindən çox ev quşuna hərtərəfli xidmət göstəriləcək.

Sonda mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR