Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri sentyabrda 1,7% azalıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri sentyabrda 1,7% azalıb
# 16 oktyabr 2012 09:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 5,2% artıb, çoxillik bitkilərin istehsalçı qiymətləri 1,9%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,4% azalıb. «APA-Economics»in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi məlumatında deyilir.

Birillik bitkilərdən kartofun istehsalçı qiymətləri 1,4%, baş soğanın 0,9%, kələmin 1,3%, göyərtilərin 0,4%, çuğundurun 24,3%, yerkökünün 9,9%, balqabağın istehsalçı qiymətləri 0,8% azalıb, buğdanın istehsalçı qiymətləri 6,7%, arpanın 8,5%, yaşıl lobyanın 2,1%, xiyarın 41,8%, pomidorun 0,9%, badımcanın 47,3%, bibərin 21,8%, qarpızın 6,6%, yemişin 14,0%, baş sarımsağın 3,2%, yoncanın 4,1%, quru otun istehsalçı qiymətləri isə 0,9% artıb.

Çoxillik bitkilərdən fındığın istehsalçı qiymətləri 3,6% artıb, üzümün 6,3%, almanın 4,0%, armudun 3,9%, gavalı və göyəmin 0,3%, limonun 1,8%, zoğalın 10,2%, moruq və böyürtkənin 0,1%, qozun istehsalçı qiymətləri isə 1,6% azalıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,0%, mal ətinin (diri çəkidə) 0,1%, diri qoyun və keçilərin 6,3%, yumurtanın istehsalçı qiymətləri 16,3% azalıb. Bu ucuzlaşma ilə yanaşı ay ərzində qoyun, donuz və quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 0,1%, 7,5% və 7,6%, südün 4,0%, hind toyuğunun istehsalçı qiymətləri isə 12,1% artıb. Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,4% azalma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR