Bank Of Baku

Avstriya Azərbaycandan idxal məhsullarının çeşidini genişləndirmək istəyir

Avstriya Azərbaycandan idxal məhsullarının çeşidini genişləndirmək istəyir
# 19 oktyabr 2012 08:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avstriya Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalında maraqlıdır. «APA-Economics»in məlumatına görə, bunu Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç bəyan edib.

Səfir bildirib ki, 2012-ci ilin ilk yarısı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 60 mln. manat, 2011-ci ildə isə 150 mln. manat təşkil edib. S.Mayer-Kaybiç həmçinin vurğulayıb ki, son 3 il ərzində ticarət dövriyyəsində daim artım müşahidə olunur.

S.Mayer-Kaybiçin sözlərinə görə, Avstriyadan Azərbaycana əsasən mal-qara ixrac edilir, Azərbaycandan isə əsasən neft və neft məhsulları idxal edilir. Lakin Avstriya həmçinin Azərbaycandan meyvə və tərəvəz idxal etmək marağındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR