Bank Of Baku

İstanbulda BMT İnkişaf Proqramının təşkilatçılığı ilə aqro-logistika biznes forumu keçiriləcək

İstanbulda BMT İnkişaf Proqramının təşkilatçılığı ilə aqro-logistika biznes forumu keçiriləcək
# 24 oktyabr 2012 10:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabr ayının 23-də İstanbulda Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Qara Dəniz Ticarət və İnvestisiyaların Təşviqi layihəsi çərçivəsində aqro-logistika biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, forumda Türkiyə, Rusiya, Yunanıstan, Rumıniya, Bolqarıstan, Gürcüstan, Moldova, Ukrayna, Serbiya, Albaniya və digər ölkələrdən 12-yə yaxın şirkətin təmsil olunması gözlənilir.

Forumda iştirak etmək istəyənlər (+30) 210 77 01 661 telefon nömrəsinə zəng edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR