Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb
# 07 noyabr 2012 08:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda oktyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,6% artıb, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 7,5%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,9% artıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 2,4% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, birillik bitkilərdən yaşıl lobyanın istehsalçı qiymətləri 4,1%, qarğıdalının 5,4%, kələmin 7,1%, göyərtilərin 2,7%, çuğundurun 2,3%, balqabağın istehsalçı qiymətləri 2,7% azalıb, buğdanın istehsalçı qiymətləri 3,0%, günəbaxan toxumunun 1,6%, kartofun 0,5%, yerkökünün 38,5%, pomidorun 4,0%, badımcanın 31,8%, bibərin 21,4%, baş soğanın 0,8%, baş sarımsağın 1,5%, yoncanın istehsalçı qiymətləri isə 5,7% artıb.

Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 4,2%, almanın 0,2%, armudun 1,2%, fındığın istehsalçı qiymətləri 2,1% artıb, narın istehsalçı qiymətləri 12,8%, limonun 1,9%, zoğalın 0,8%, şabalıdın 2,1%, qozun istehsalçı qiymətləri isə 0,8% artıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından diri ev quşlarının istehsalçı qiymətləri 0,2%, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,5% azalıb. Bu ucuzlaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 1,1%, camışın 0,7%, diri qoyun və keçilərin 5,2%, qoyun, donuz və mal ətinin (diri çəkidə) müvafiq olaraq 0,2%, 13,5% və 0,4%, südün 0,3%, yumurtanın istehsalçı qiymətləri isə 19,3% artıb.

Ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 1,3%, balıq və sair balıqçılıq məhsullarından isə diri balığda 6,9% artım müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR