Bank Of Baku

Azərbaycanın Ucar rayonunda ət qıtlığı yaranıb, qiymət artıb

Azərbaycanın Ucar rayonunda ət qıtlığı yaranıb, qiymət artıb
# 19 iyul 2011 12:06 (UTC +04:00)

APA-nın Aran bürosunun xəbərinə görə, əvvəllər kiloqramı 6 manat 50 qəpiyə satılan mal əti 7 manata, 7 manata satılan qoyun əti 8 manata satılır.

Rayon mərkəzi bazarında ət növbəsi yaranıb. Səhər saat 9.00-dan sonra bazarda ət tapmaq mümkün deyil. Ət satışı ilə məşğul olanlar bunu yerlərdə kəsimə yararlı heyvanların az olması və bu səbəbdən kəndlilərin heyvanları baha satması ilə izah ediblər. Kənd sakinləri isə yaranmış vəziyyəti, mal-qaranın azalmasını otlaq yerlərinin olmaması, ot və mal yeminin qiymətinin qalxması ilə izah ediblər.

Ucar Rayon İcra Hakimiyyəti (İH) başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Vaqif Mehdiyev APA-ya açıqlamasında rayonda mal əti qıtlığının olmadığını deyib. Onun sözlərinə görə, bazarda səhər saatlarından sonra ət qıtlığının yaranması havaların isti keçməsi ilə əlaqədardır: “Havalar isti keçdiyi üçün alış-veriş səhər saatlarında olur və tez də başa çatır. Qiymət artımına gəlincə, bunu biz yox, bazar özü tənzimləyir”.

Qeyd edək ki, bu il rayonda mal əti 1 manat, qoyun əti 1 manat 50 qəpik bahalaşıb. Digər yeyinti məhsullarının qiymətində isə artım müşahidə olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR