Bank Of Baku

Abşeronda kənd təsərrüfatı heyvanlarının identifikasiyası aparılıb

Abşeronda kənd təsərrüfatı heyvanlarının identifikasiyası aparılıb
# 14 aprel 2022 16:31 (UTC +04:00)

Abşeron rayonu Masazır qəsəbəsində fərdi heyvandarlıq təsərrüfatında heyvanların birkalanması və həmin heyvanlar barədə toplanan məlumatların kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminə daxil edilməsi prosesi həyata keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, heyvanların identifikasiyası sistemini sınaqdan keçirmək üçün pilot kimi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu seçilib.
Ümumiyyətlə, bu günədək Abşeron rayon üzrə 20 176 baş, Sumqayıt şəhəri üzrə 3 210 baş və Bakı şəhəri üzrə 17 800 baş iribuynuzlu heyvan birkalanıb, təsərrüfat və heyvanlar haqqında məlumatlar heyvanların identifikasiyası və qeydiyyat sisteminə daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR