Agentlik: Qarabağda 9 su anbarı yenidən qurulacaq

Agentlik: Qarabağda 9 su anbarı yenidən qurulacaq
# 20 dekabr 2023 12:36 (UTC +04:00)

Qarabağın ümumi su ehtiyatları 2.1 milyard kub metr həcmində dəyərləndirilir. Bu ehtiyatlardan səmərəli istifadənin təmin edilməsi məqsədilə ümumilikdə 9 ədəd su anbarı və onlardan qidalanan kanalların əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Riad Axundzadə “APA-Economics”ə açıqlamasında deyib.

O qeyd edib ki, Agentlik artıq bu istiqamətdə 5 ədəd - Xaçınçay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının yenidən qurulması işlərinin son mərhələsindədir: "Anbarlar təmir ediləndən sonra bu suların anbarlarda toplanması və qənaətlə istifadə edilməsi əsas hədəflərimizdən biridir.
Təxminən 30 ildir ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur vilayətlərinin su potensialından istifadə edə bilmir. Ölkəmiz yaxın gələcəkdə bu potensialdan yararlana biləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR