Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi dəyişib.
APA-nın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, kimyəvi maddələrin təsirindən zəhərlənmə nəticəsində ölüm bəndləri də aqrar sığorta predmetləri üzrə risklərin tərkibinə əlavə edilib.
Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, müvafiq dəyişikliklə aqrar sığorta predmetləri üzrə təminat verilən risklərin tərkibi artırılmaqla, aqrar sığorta sistemində əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxslərin sayının artmasına imkan yaranacaq.