Aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri artıb

Aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri artıb
# 30 dekabr 2023 12:49 (UTC +04:00)

2023-cü ilin yanvar-noyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,4% artaraq 853,62 milyon ABŞ dolları təşkil edib.

Bu barədə “APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”na istinadən xəbər verir.

Məlumata görə, qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artaraq 181,47 milyon ABŞ dolları təşkil edib.

İcmalda qeyd olunur ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Rusiya Federasiyasına 1 milyard ABŞ dolları, Türkiyəyə 728,8 milyon ABŞ dolları, Gürcüstana 299,9 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 154,6 milyon ABŞ dolları, Qazaxıstana isə 89,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Qeyd edək ki, cari ilin ilk 11 ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (379,3 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (143,1 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (140,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR