Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda Azərbaycan-İsrail birgə Təlim Proqramı çərçivəsində aqronom və fermerlər üçün təlimlərə başlanılıb.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutundan APA-ya verilən məlumata görə, təlimlər tumlu və çəyirdəkli meyvələrin (alma, armud, gilas, nektarin, şaftalı və gavalı) becərilməsi, aqrotexniki qulluq və digər mövzuları əhatə edir.
Nəzəri və praktiki mövzuları əhatə edən xüsusi təlim modulu israilli və yerli mütəxəssislərdən ibarət işçi heyət tərəfindən hazırlanıb.
Təlim proqramının əsas məqsədi meyvə təsərrüfatlarında risklərin idarəedilməsi üsulları haqqında fermerlərlə beynəlxalq təcrübəni paylaşmaqdır. Təlim kursunu İsraildən dəvət olunan mütəxəssislər idarə edir.
Fermerlərin tələbləri nəzərə alınaraq əsas təlim modulları xəstəlik və zərərvericilərlə mübarizəyə, bitki mühafizə vasitələrinə və aqrokimyəvi maddələrin düzgün tətbiqinə həsr olunub. Həmçinin torpaqdan davamlı istifadə qaydaları, suvarma sistemləri və bitkilərin su tələbinin hesablanması, texnikalardan düzgün istifadə qaydaları, budama və digər tədbirlər haqqında fermerlərə ətraflı məlumat verilir.
Ümumilikdə, 12 gün ərzində hər gün 3 saatlıq nəzəri və praktiki təlimlər təşkil olunacaq.
Nəzəri təlimlər Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda, praktiki təlimlərin isə institutun və fermerlərin təsərrüfat sahələrində keçirilir.
Aqronom və fermerlər üçün təlimlərə başlanılıb
26 aprel 2022 12:40 (UTC +04:00)
Aqrar-sənaye kompleksi
Parlamentin komitə sədri: Azərbaycanda yalnız 8 araq istehsalı müəssisəsi illik lazımi tələbi ödəyə bilir
10:41
1 may 2024
Dünya Bankı buğdanın qiyməti ilə bağlı proqnozunu yeniləyib
13:25
26 aprel 2024
Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb
11:30
24 aprel 2024
Azad edilmiş rayonlarda ət və süd istehsalının həcmi açıqlanıb - SİYAHI
10:53
24 aprel 2024