Bank Of Baku

AQTA: Heyvanların identifikasiyasının heyvan mənşəli məhsulların Aİ ölkələrinə ixracında böyük rolu var

AQTA sədri Qoşqar Təhməzli d

© APA | AQTA sədri Qoşqar Təhməzli d

# 31 avqust 2021 13:06 (UTC +04:00)

“Dünya Bankının dəstəyi ilə Azərbaycanda heyvanların identifikasiyası üzərində işlənilir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AQTA-nın sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, bu ilin sonunda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda heyvanların üzərində identifikasiyanın ilk mərhələsi pilot layihə kimi başlanacaq: “Növbəti ildən etibarən mərhələli şəkildə bütün Azərbaycan ərazisində heyvanların identifikasiya sistemi tətbiq olunacaq. Bu, heyvan sağlamlığı üçün ən vacib məsələlərdən biridir".

Q. Təhməzli bildirib ki, heyvan mənşəli məhsulların Avropa İttifaqı ölkələrinə ixracı zamanı da identifikasiyanın böyük rolu var: "Burada heyvanlar haqqında bütün məlumatları əksini tapacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR