“Təhlükəli qidaların reyestri yaradılır və reyestr açıq olacaq”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
O qeyd edib ki, təhlükəli qidalara qarşı həyata keçirilmiş tədbirlər də reyestrdə açıq şəkildə göstəriləcək: “Eyni zamanda, təhlükəli qidaların qeydiyyatı da aparılacaq”.