Azad edilən ərazilərdə 84 min hektardan çox sahədə taxıl əkilib

Azad edilən ərazilərdə 84 min hektardan çox sahədə taxıl əkilib
# 05 mart 2024 14:31 (UTC +04:00)

İşğaldan azad edilən ərazilərdə 2022-2023-cü təsərrüfat ili üzrə 84.4 min hektar sahədə payızlıq taxıl əkin işləri həyata keçirilib.

APA-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Qeyd olunub ki,"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1323 nömrəli Fərmanının icrası çərçivəsində aqrar sahədə fəaliyyət göstərən subyektlərlə Zəngilan rayonunda 2,2 min hektar (o cümlədən 720 hektar örüş), Qubadlı rayonunda 2 min hektar əkin sahəsi üzrə uzunmüddətli (40 il), digər sahələr üzrə isə qısamüddətli (11 ay) icarə müqavilələri bağlanılıb. 2022-2023-ci təsərrüfat ilində icarəyə verilən 68,5 min hektar əkin sahəsi üzrə icarə müqavilələrinin müddəti 2023-ci ilin noyabr ayında başa çatdığı üçün müqavilələrə xitam verilib. 2023-2024-cü təsərrüfat ili üzrə qısamüddətli icarə müqavilələri bağlanılıb.

Qeyd edilən ərazilərin kənd təsərrüfatı potensialının dəqiqləşdirilməsi məqsədilə faktiki əkin yerlərinin və çoxillik Malumatlar Bazasına daxil edilərək xəritələnməsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR