Azərbaycanın işğaldan azad edilmiş ərazlərində 2021-2022-ci təsərrüfat ili üzrə 130 hektar intensiv meyvə bağları salınıb.
"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə hazırladığı “Yaşıl iqtisadiyyat” kitabının təqdimatında deyib.
S.Cəfərov əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi regionun aqrar potensialından səmərəli istifadə edilməsi ilə bağlı tədbirləri davam etdirir.