Azad edilmiş ərazilərdə 200 hektardan artıq fındıq bağları salınıb

Azad edilmiş ərazilərdə 200 hektardan artıq fındıq bağları salınıb
# 15 noyabr 2023 12:10 (UTC +04:00)

Son illər azad edilmiş ərazilərdə sahibkarlar tərəfindən 200 hektardan artıq fındıq bağları salınıb və bu bağlara görə əkin subsidiyası ödənilib.

APA-Economics” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin aparatının rəhbəri Azad Cəfərli “Fındıq potensialının artırılması: Məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, Sudsidiya Şurasının qərarına əsasən müəyyən şərtlər daxilində 2023-cü ilin sentyabrın 1-dən 2024-cü ilin mayın 31-dək yeni ərazilərdə salınan fındıq bağlarının hər hektarına görə 5 min manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.

"Salınan intensiv bağlara görə 730 manat, ənənəvi bağlara görə isə 250 manat əkin subsidiyasının verilməsi nəzərdə tutulur. 2023-cü ilin yanvar-sentyabr aylarında fındıqçılıq təsərrüfatına ümumilikdə 13 milyon manatdan artıq əkin subsidiyası ödənilib" - deyə, A. Cəfərli əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR