Azad edilmiş ərazilərdə fermer təsərrüfatlarının qurulması üçün Mərakeşlə tərəfdaşlıq müzakirə olunub

Azad edilmiş ərazilərdə  fermer təsərrüfatlarının qurulması üçün Mərakeşlə tərəfdaşlıq müzakirə olunub
# 13 noyabr 2023 21:19 (UTC +04:00)

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud aqrar potensialdan bəhs olunub və bu ərazilərdə fermer təsərrüfatlarının qurulması və idarəçiliyi sahəsində mümkün Azərbaycan-Mərakeş tərəfdaşlığı barədə fikir mübadiləsi aparılıb.

APA xəbər verir ki, bu barədə Ceyhun Bayramovun Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita ilə görüşündə bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR