2023-cü ilin yanvar-iyun aylarında işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 9697 ton ət, 72091 ton süd istehsal olunub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6% və ya 551 ton, süd istehsalı isə 5.2% və ya 3582 ton artıb.
Qeyd edək ki, ən çox ət və süd Ağdamda rayonunda istehsal edilib. Belə ki, hesabat dövründə Ağdamda rayonunda 2549 ton ət, 22458 ton isə süd istehsal olunub.
| Azad edilmiş rayonlar | Ət istehsalı.ton | Süd istehsalı.ton | |
| Ağdam | 2549 | 22458 | |
| Füzuli | 1509 | 14679 | |
| Xocalı | 117 | 875 | |
| Xocavənd | 684 | 1941 | |
| Şuşa | 199 | 1243 | |
| Cəbrayıl | 1085 | 4573 | |
| Kəlbəcər | 1951 | 13366 | |
| Qubadlı | 115 | 605 | |
| Laçın | 1419 | 12069 | |
| Zəngilan | 69 | 282 |