Bank Of Baku

Azərbaycan arpa idxalını fevralda kəskin artırıb

Azərbaycan arpa idxalını fevralda kəskin artırıb
# 19 mart 2022 12:33 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 353,28 min ABŞ dolları dəyərində 833,7 ton arpa idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 80,8%, həcm ifadəsində isə 90,9% azdır.

Yanvar ayı ilə müqayisədə isə fevralda sözügedən məhsulun ölkəyə idxalı dəyər ifadəsində 250,78 min dollar (və ya 5,9 dəfə), həcm ifadəsində isə 553,7 ton (və ya 5 dəfəyədək) artıb.

Fevral ayında ölkəyə 302,03 min dollar dəyərində 693,7 ton arpa idxal olunub.

Qeyd edək ki, bu ilin ilk iki ayında arpa idxalının ümumi idxalda payı 0,02% təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 0,09 faiz bəndi azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR