Bank Of Baku

Azərbaycan bu il Rusiyaya 450 mln. dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib

Şahin Mustafayev

© APA | Şahin Mustafayev

# 16 dekabr 2021 12:46 (UTC +04:00)

Bu ilin on ayında Azərbaycan Rusiyaya 450 mln. dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ADA Universitetində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin perspektivlərinə həsr olunmuş tədbir zamanı deyib.

Onun sözlərinə görə, ixrac mallarına əsasən pomidor, alma və digər meyvə-tərəvəzlər daxil olub.

Bundan əlavə, Ş. Mustafayev bildirib ki, Azərbaycan sözügedən məhsulların ixracı və istehsalı üzrə xüsusi proqram üzrə işlər aparır və bunun sayəsində ixrac həcmləri artır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR