Bank Of Baku

Azərbaycan meyvə-tərəvəz ixracından 350 milyon dollardan çox gəlir əldə edib

Azərbaycan meyvə-tərəvəz ixracından 350 milyon dollardan çox gəlir əldə edib
# 14 iyul 2023 15:56 (UTC +04:00)

2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan 350 milyon 428 min dollar dəyərində 348 min 774 ton meyvə-tərəvəz ixrac edib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 6.8% və ya 22 mln. 319 min dollar, həcmi isə 13.8% və ya 42 min 398 ton artıb. 2022-ci ilin ilk 6 ayında Azərbaycandan 328 mln. 109 min dollar dəyərində 306 min 376 ton meyvə-tərəvəz ixrac edilib.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1.78%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 22.51%-ə bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR