Bank Of Baku

Azərbaycan meyvə-tərəvəz ixracını 12% artırıb

Azərbaycan meyvə-tərəvəz ixracını 12% artırıb
# 18 mart 2022 11:45 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 92 314,27 min ABŞ dolları dəyərində 74 726,09 ton meyvə-tərəvəz ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 30,9%, həcmi isə 11,9% artıb.

Qeyd edək ki, bu ilin ilk iki ayında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub.

Hesabat dövründə 24 517,32 min dollar dəyərində 20 385,65 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 72,2% və 49,2% çoxdur.

Cari ilin yanvar-fevral ayları ərzində 29 188,75 min dollar dəyərində (51,5% artım) 5 035,95 ton (artım 62,9%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 4 884,41 min dollar dəyərində 7 502,41 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 69,5%, həcm olaraq isə 3 çox artım müşahidə olunub.

Bu ilin yanvar-fevral aylarında ölkədən 27 177,02 min dollar dəyərində (2,5% az) 35 921,46 ton (azalma 3,2%) xurma ixrac olunub.

Hesabat dövründə nar ixracının dəyəri 6,8% azalaraq 2 005,13 min dollar, həcmi isə 10,7% azalaraq 1 260,85 ton təşkil edib.

İxrac üzrə hesabata ötən ilin may ayından etibarən kartof da daxil edilib ki, bu kateqoriya üzrə ilin bu ilin ilk iki ayında 367,98 min dollar dəyərində 748,43 ton məhsulu ixrac olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR