Bank Of Baku

Azərbaycan meyvə-tərəvəz ixracını 3%-dək artırıb

Azərbaycan meyvə-tərəvəz ixracını 3%-dək artırıb
# 21 dekabr 2021 12:00 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrə 549 762,79 min ABŞ dolları dəyərində 565 407,27 ton meyvə-tərəvəz ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 0,04%, həcmi isə 2,7% artıb.

Qeyd edək ki, bu ilin ilk 11 ayında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub.

Hesabat dövründə 140 581,55 min dollar dəyərində 129 631,23 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 26,2% və 26,3% azdır.

Cari ilin yanvar-noyabr ayları ərzində 97 472,08 min dollar dəyərində (5,6% azalma) 16 949,98 ton (artım 0,8%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin, 32 806,51 min dollar dəyərində 59 579,75 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 19% artım, həcm olaraq isə 11,4% azalma müşahidə olunub.

Bu il ölkədən 91 450,43 min dollar dəyərində (41% çox) 129 516,50 ton (artım 39,1%) xurma ixrac olunub.

İxrac üzrə hesabata cari ilin yanvar ayından etibarən nar məhsulu, may ayından etibarən isə kartof da daxil edilib. Bu kateqoriya üzrə ilin ilk 11 ayında 25 409,42 min dollar dəyərində 19 156,04 ton nar və 39 873,14 min dollar dəyərində 91 873,83 ton kartof məhsulu ixrac olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR