Azərbaycan orqanik və halal məhsulların istehsalında Rusiyanın əsas tərəfdaşlarından birinə çevrilə bilər

Rusiya Federal Məclisi Federasiya Şurasının birinci vitse-spikeri Andrey Yatskin

© APA | Rusiya Federal Məclisi Federasiya Şurasının birinci vitse-spikeri Andrey Yatskin

# 20 iyun 2024 18:29 (UTC +04:00)

Azərbaycan orqanik və halal məhsulların istehsalında Rusiyanın əsas tərəfdaşlarından birinə çevrilə bilər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federal Məclisi Federasiya Şurasının birinci vitse-spikeri Andrey Yatskin Rusiya-Azərbaycan Parlamentlərarası Komissiyasının 21-ci iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, Rusiya bu cür məhsulların istehsalı üçün standartların qarşılıqlı tanınması ilə bağlı maraqlı ölkələrlə aktiv iş aparır.

“Ümid edirik ki, bizim və azərbaycanlı həmkarlarımız əməkdaşlığın yeni istiqamətinə maraq göstərəcəklər”, - deyə Rusiya Federasiya Şurası sədrinin birinci müavini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR