Bank Of Baku

Azərbaycan Rusiyanın əsas tərəvəz tədarükçüsüdür

Azərbaycan Rusiyanın əsas tərəvəz tədarükçüsüdür
# 14 mart 2022 15:05 (UTC +04:00)

Rusiya istixana tərəvəzlərinin istehsalını artırır, çatışmayan istehsal həcmini və istehlakçılarının tərəvəzə olan tələbatını isə digər ölkələrdən idxal hesabına ödəyir.

"APA-Economics" Rusiya Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Rusiya bazarına tədarük həcminə görə TOP-5 ölkə sırasına Misir (tərəvəz idxalında 22% pay), Çin (təqribən 16%), Türkiyə (12%), İsrail (təxminən 10%) və Azərbaycan (8,8%) daxildir.

Nazirliyin məlumatına görə, 2021-ci ildə Rusiya Federasiyası tərəvəz məhsulları ilə özünü təmin etmək baxımından 87% səviyyəsinə çatıb ki, onun ümumi həcmində istixana tərəvəzlərinin payı durmadan artır.

Məsələn, cari ilin əvvəlindən qorunan sahədə 216 min tondan çox tərəvəz yığılıb. Ötən illə müqayisədə istehsal 10% artıb. Xüsusilə, bu il Rusiya istixanalarında artıq 133 min tondan çox xiyar (artım 8,6%), təqribən 78 min ton pomidor (artım təxminən 12%) yığılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR