Bank Of Baku

Azərbaycan şəkər idxalını artırıb

Azərbaycan şəkər idxalını artırıb
# 18 mart 2022 11:15 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayında Azərbaycana 29 028,61 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlar idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,1% artıb.

Cari ilin ilk ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 1,31%-ə bərabər olub.

Hesabat dövründə ölkədən 6 305,58 ton şəkər ixrac edib ki, bu da 2021-ci ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə 35,3% azdır. İxrac edilən məhsulun dəyəri 4 137,98 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayının göstəricisindən 15,1% azdır.

Cari ilin ilk iki ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,07%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,9%-ə bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR