2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan 20,804 mln. ABŞ dolları dəyərində 40 134,48 ton şəkər ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixrac olunan şəkərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 76,2%, dəyəri isə 2,2 dəfə artıb.
Qeyd edək ki, yanvar-iyul aylarında şəkər ixracı ölkənin ümumi ixracının 0,18%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 1,54%-ni təşkil edib.