Bank Of Baku

Azərbaycan və İrandan bu il Rusiyaya gətirilən 154 partiya bitkiçilik məhsulları geri qaytarılıb

Azərbaycan və İrandan bu il Rusiyaya gətirilən 154 partiya bitkiçilik məhsulları geri qaytarılıb
# 15 dekabr 2021 12:49 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində karantin fitosanitar nəzarəti zamanı Azərbaycan və İrandan gətirilən karantin zərərli obyektlərə yoluxan 154 partiya bitkiçilik məhsullarının Rusiya ərazisinə buraxılmasına icazə verilməyib.

"APA-Economics" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, ümumilikdə, hesabat dövründə bu ölkələrdən 422 962 ton təzə tərəvəz və meyvənin idxalına nəzarət edilib və bir sıra məhsulların (pomidor, bibər, kahı, göyərti, kələm, badımcan, alma, şaftalı, ərik, nektarin və albalı) idxalı qadağan edilib.

Malların saxlanılmasına əsas kimi tərəvəz və meyvələrdə 8 növ karantin zərərli obyektin müəyyən edilməsi faktlarını təsdiqləyən laboratoriya rəyləri olub. Məhsullar ixrac edən ölkələrə geri qaytarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR