Azərbaycana ət idxalı artıb

Azərbaycana ət idxalı artıb
# 16 fevral 2024 14:35 (UTC +04:00)

2024-cü ilin yanvar ayında Azərbaycana 8 milyon 542 min ABŞ dolları dəyərində 4 min 410. ton ət idxal olunub.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin həcmi 63.8% və ya 1 718 ton, dəyəri isə 75% və ya 3 milyon 660 min dollar artıb. Belə ki, ötən ilin yanvar ayında Azərbaycana 4 milyon 882 min dollar dəyərində 2 min 692 ton ət idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.75%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR