Bank Of Baku

Azərbaycanda bu il 1 mln. tondan çox kartof yığılıb

Azərbaycanda bu il 1 mln. tondan çox kartof yığılıb
# 17 dekabr 2021 10:20 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 1 039,3 min ton kartof istehsal olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 2,4% artıb.

Hesabat dövründə ölkədə 56,1 min hektar sahədən kartof yığılıv ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 1,4% azdır.

Bununla yanaşı, cari ilin 11 ayında kartof yığımında məhsuldarlıq 185 sentner təşkil edib. Bu, ötən ilin müvafiq göstəricisindən 7 sentner və ya 3,9% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR