Azərbaycanda buğda ununun dövlət standartı təsdiq edilib

Azərbaycanda buğda ununun dövlət standartı təsdiq edilib
# 15 iyul 2021 14:56 (UTC +04:00)

Çörəkbişirmə sənayesində yüksək keyfiyyət səviyyəsinin müəyyənləşməsinə və istehlakçıların çörək məmulatlarına dair tələb və gözləntilərinin təmin edilməsinə kömək göstərəcək AZS 894:2021 “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər” dövlət standartı təsdiq edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yeni standartın tətbiqi ölkənin ərzaq təhlükəsizliyi baxımından taxıl məhsulları üzrə təchizat dayanıqlığının artırılmasına xidmət edəcək.

Dövlət standartı Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən hazırlanıb.

Qeyd edək ki, standart layihəsinin müzakirəsində Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər. AZS 894:2021 “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər” dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri, beynəlxalq və regional standartlar əsasında hazırlanıb və təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR