Azərbaycanda dənli bitkilərin 98%-nin biçini başa çatıb

Azərbaycanda dənli bitkilərin 98%-nin biçini başa çatıb
# 18 avqust 2023 12:45 (UTC +04:00)

2023-cü il avqust ayının 15-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 930 min hektar sahənin 910,2 min hektarı və yaxud 97,9%-i biçilərək məhsulu yığılıb.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sahələrdən 2915,3 min ton məhsul toplanmış, məhsuldarlıq 32 sentnerə bərabər olub. Məhsulun 1828,6 min tonunu və yaxud 62,7%-ni buğda, 1064,1 min tonunu (36,5%-ni) arpa, 22,6 min tonunu (0,8%-ni) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.

Respublikanın 21 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 31 rayonda və Naxçıvan Muxtar Respublikasında biçilməsi nəzərdə tutulan sahənin 90%-dən çoxu biçilmiş, digərlərində isə biçinin aparılması səviyyəsi 90%-dən aşağı olub.

Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,8 sentner), Ağcabədi (müvafiq olaraq 45,3), Bərdə (44,8), Tərtər (43,5), Sabirabad (42,9), Salyan (41,9), Ağdam (41,3), Saatlı (40,9), İmişli (39,6), Tovuz (39,6) və Samux (39,5) rayonlarında olub.

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (218,6 min ton), Kürdəmir (148,4 min ton), Ağcabədi (120,7 min ton), Ağsu (118,0 min ton), Hacıqabul (107,0 min ton), Sabirabad (102,9 min ton), Biləsuvar (96,8 min ton) və İsmayıllı (93,0 min ton) rayonlarında müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR