Azərbaycanda istehsal olunan yumurtanın həcmi açıqlanıb

Azərbaycanda istehsal olunan yumurtanın həcmi açıqlanıb
# 17 yanvar 2024 13:39 (UTC +04:00)

2023-cü ildə quşçuluq müəssisələrində diri çəkidə 76,0 min ton quş əti və 1053,5 milyon ədəd yumurta istehsal olunub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, ümumilikdə 2022-ci illə müqayisədə bu müəssisələr üzrə cəmi quşların sayı artaraq 11265,0 min baş olub.

Bundan əlavə, DSK-nın məlumatında qeyd olunur ki, orta hesabla hər yumurtlayan toyuqdan 2022-ci illə müqayisədə daha çox, 244 ədəd yumurta alınıb.

Xatırladaq ki, 2022-ci ildə ümumilikdə müəssisələr üzrə cəmi quşların sayı 10886,6 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 240 ədəd yumurta alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR