Azərbaycanda kənd təsərrüfatı istehsalı 1% artıb

Azərbaycanda kənd təsərrüfatı istehsalı 1% artıb
# 13 sentyabr 2024 16:45 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8723,3 milyon manat təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu göstəricinin 4 195 milyon manatı heyvandarlıq, 4 528,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Bu dövrdə kənd təsərrüfatının istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8%, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,3%, bitkiçilik məhsulları üzrə isə 0,3% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR