Azərbaycanda kənd təsərrüfatı istehsalı 3%-dən çox artıb

Azərbaycanda kənd təsərrüfatı istehsalı 3%-dən çox artıb
# 14 avqust 2023 16:12 (UTC +04:00)

2023-cü ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7262,4 milyon manat təşkil edib. Bunun da 3411,4 milyon manatı heyvandarlıq, 3851,0 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4 faiz, bitkiçilik məhsulları üzrə isə 3,2 faiz artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR