2023-cü ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3 milyard 116 milyon manat təşkil edib ki, onun da 2372,3 milyon manatı heyvandarlıq, 743,7 milyon manatı bitkiçilik məhsullarının payına düşür.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5,2%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5%, bitkiçilik məhsulları üzrə 10,9% artıb.