Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı sektoru 3,8% artıb

Azərbaycanda kənd təsərrüfatı sektoru 3,8% artıb
# 15 dekabr 2021 16:09 (UTC +04:00)

2021-ci ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8,612 mlrd. manat təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Sözügedən göstərici ötən ili eyni dövrü ilə müqayisədə 3,8% artıb.

Kənd təsərrüfatınında istehsalın 4233 mlrd. manatı heyvandarlıq, 4,380 mlrd. manatı isə bitkiçilik məhsullarının payına düşüb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı isə 4,8% artıb.

Bitkiçilikdə kənd təsərrüfatı məhsullarının yığımı başa çatmaq üzrədir. 2021-ci il dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 3 349,1 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% çox dənli və dənli paxlalı bitkiçilik məhsulları, o cümlədən 572,3 min hektar sahədən 1 885,4 min ton buğda yığılıb. Ölkə üzrə buğdanın orta məhsuldarlığı 32,9 sentner təşkil edib.

Heyvandarlığa gəldikdə isə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2% artaraq 507,3 min ton, süd istehsalı 1,4% artaraq 1 999,3 min ton, yun istehsalı 0,1% artaraq 16 min ton, barama istehsalı 11,4% artaraq 497,4 ton, yumurta istehsalı isə 3,5% azalaraq 1 687,3 mln. ədəd təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR