Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatının istehsalı 3,1% artıb

Azərbaycanda kənd təsərrüfatının istehsalı 3,1% artıb
# 14 mart 2022 17:24 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları üzrə Azərbaycan kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 774,7 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, onun 733,5 mln manatı heyvandarlıq, 41,2 mln. manatı bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,1%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,5%, bitkiçilik məhsulları üzrə 14,1% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR