Aqrar Xidmətləri Agentliyinin mütəxəssisləri mobil laboratoriya tətbiq etməklə, yerində torpaq, su, bitki və gübrə analizini aparacaqlar.
Bunu "APA-Economics"ə Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Toğrul Qafarbəyli deyib.
Onun sözlərinə görə, bu imkan sabah keçiriləcək 14-cü "Caspian Agro" beynəlxalq kənd təsərrüfatı sərgisində nümayiş olunacaq: "Sərginin keçiriləcəyi günlər ərzində toxumların səpilməsi və dərmanların keyfiyyətini yoxlamaq imkanı olacaq. Bununla yanaşı, mikrobioloji və molekulyar analizlərin də aparılması nəzərdə tutulur".