Azərbaycanda pambıq yığımının həcmi azalıb

Azərbaycanda pambıq yığımının həcmi azalıb
# 15 dekabr 2023 14:26 (UTC +04:00)

Dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 3223,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,9 faiz çox dənli və dənli paxlalı bitkilər, 995,9 min ton (5,4 faiz az) kartof, 1812,8 min ton (0,1 faiz çox) tərəvəz, 438,2 min ton (6,5 faiz az) bostan məhsulları, 1249,2 min ton (0,1 faiz çox) meyvə və giləmeyvə, 222,9 min ton (5,3 faiz çox) üzüm, 1123,8 min ton (12,3 faiz çox) yaşıl çay yarpağı, 29,2 min ton (1,3 faiz çox) günəbaxan, 213,5 min ton (4,8 faiz çox) şəkər çuğunduru, 5,3 min ton (22,3 faiz çox) tütün və 262,6 min ton (12,2 faiz az) pambıq yığılıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, hazırda təsərrüfatlarda 2024-cü ilin məhsulu üçün müvafiq işlər görülür.
“Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 1040,3 min hektar sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 830,1 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Ondan 489,5 min hektarı buğda, 340,4 min hektarı arpa və 0,2 min hektarı çovdar təşkil edib,” - deyə DSK-nın məlumatında vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR