Azərbaycanda şəkər çuğunduru yığımı 30% artıb

Azərbaycanda şəkər çuğunduru yığımı 30% artıb
# 03 oktyabr 2023 16:48 (UTC +04:00)

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 454.2 hektar sahədən 8995 ton şəkər çuğunduru yığılıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% və ya 2078 ton artıb. 2022-ci ilin yanvar-avqust aylarında 233 hektar sahədən 6917 ton məhsul yığılıb.

Qeyd edək ki, hesabat dövründə şəkər çuğunduru Biləsuvar (5265 ton), Şamaxı (2126 ton) və Hacıqabul (1604 ton) rayonlarından yığılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR