Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycandan "Viaduk" müvəqqəti saxlanc anbarına daxil olan 17,2 ton pomidora baxış keçirib.
"APA-Economics" "Rosselxoznadzor"a istinadən xəbər verir ki, karantin fitosanitar nəzarəti zamanı karantin obyektinə (Pepino mosaic virus) yoluxan məhsul Rusiya Federasiyasının ərazisinə gətirilməsinə icazə verilməyib.
Mallar ixrac edən ölkəyə qaytarılıb.